ABŞ-da atışma: 3 nəfər ölüb, biri jurnalistdir


ABŞ-ın Kaliforniya ştatının Oranc dairəsində 3 nəfərin ölümü ilə nəticələnən silahlı hücum baş verib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, üç nəfərin, o cümlədən 20 yaşlarında bir qadının, doqquz yaşlı qızın və “News 13” telekanalın əməkdaşının ölümü ilə nəticələnən atışmalarda 19 yaşlı Keyt Melvin Moses şübhəli bilinir.

Keçirilən əməliyyatla Keyt Melvin Moses artıq saxlanılıb.

“Associated Press”in yazdığına görə, jurnalist təsadüfən atışma zamanı hadisə yerinin yaxınlığında ölüb. “News 13”-ün çəkiliş qrupunun daha bir üzvü yaralanıb, vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbi barədə hələlik məlumat açıqlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu