Gecə klubunda atışma - ölən və yaralananlar var


Türkiyənin Bursa şəhərinin Nilüfər rayonundakı gecə klubunda düşən silahlı dava ölümlə nəticələnib.



AFN.az report-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, silahlı dava gecə klubuna gələnlərlə mühafizəçi arasında düşüb. Hadisədə 4 nəfər yaralanıb, onlar ilkin müdaxilədən sonra xəstəxanaya çatdırılıblar. Yaralılardan biri xəstəxanada ölüb, daha bir nəfərin vəziyyəti isə ağırdır.

Telekanalın məlumatına görə, qaçan şübhəli şəxs polis əməkdaşları tərəfindən olay yerindən 500 m məsafədə yaxalanıb.

Davanın 3 nəfərin gecə klubuna girməsinin əməkdaşlar tərəfindən əngəllənməsi sonucunda düşdüyü iddia edilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu