Afrikada kütləvi qarayara epidemiyası: Onlarla begemot öldü


Afrikanın ən qədim milli parkı olan Virunqa Milli Parkında qarayara epidemiyası nəticəsində təxminən 50 begemotun öldüyü açıqlanıb.



Bildirilib ki, qarayaradan ölən heyvanlar Konqo Demokratik Respublikası (DRC) ilə Uqanda arasında Edvard gölünün cənubunda yerləşən çayda suyun səthində tapılıb.

Konqo Demokratik Respublikasının Şimali Kivu bölgəsindəki Təbiəti Mühafizə İnstitutunun (ICCN) yerli ofisi ictimaiyyəti diqqətli olmaları və xüsusilə vəhşi heyvan ətindən istifadə etməmək barədə xəbərdarlıq edib.

"Bu xəstəlik əsasən vəhşi təbiətə təsir etsə də, insanlara və ev heyvanlarına da keçmə riski daşıyır", - məlumatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu