Aİ ölkələr arasında sərvət fərqinin artacağından qorxur

Avropa İttifaqı liderləri qorxurlar ki, ABŞ-ın Avropa mallarına idxal rüsumlarını qaldırması ittifaqa üzv ölkələr arasında sərvət fərqini artıracaq.
AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, ABŞ ticarət müharibəsini gücləndirərsə, Avropa Birliyinin daha zəngin ölkələri öz şirkətlərini maliyyə inyeksiyaları vasitəsilə xilas etməyə başlayacaqlar. Kasıb AB dövlətləri isə iflas edə biləcək bizneslərə kömək etmək üçün son dərəcə məhdud resurslara malikdir. “Bütün üzv dövlətlər eyni fiskal imkanlara malik deyil”, - deyə Aİ-dəki diplomatik mənbə bildirib. Onun fikrində bu, Avropa İttifaqı daxilində iqtisadi bərabərsizliyi artıracaq.
Bütövlükdə, Avropa İttifaqı qorxur ki, ABŞ-ın aqressiv hərəkətləri Aİ iqtisadiyyatının artımını ləngidə və birlik ölkələrində iş yerlərinin sayının azalmasına səbəb ola bilər. Nazirlər 90 günlük fasilə zamanı ABŞ-la danışıqların aparılması və Vaşinqtonla razılığın əldə oluna bilməyəcəyi halda Aİ-nin reaksiyası üçün ümumi strategiya hazırlamağa ümid edirlər.
"Politico"ya mövzu ilə bağlı danışan başqa bir mənbə deyib: “Biz indi strategiya hazırlaya bilərik, amerikalılarla razılığa gələ bilməyəcəyimiz halda hazırlaşmağa 90 günümüz var”.