KİV: Vitkoff İran danışıqlarından əvvəl İsrail kəşfiyyatının rəhbəri ilə görüşəcək


ABŞ-ın xüsusi nümayəndəsi Steven Vitkoff İranla danışıqlardan əvvəl aprelin 18-də Parisdə İsrailin Mossad rəhbəri David Barnea və İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə görüşəcək.


AFN.az xəbər verir ki, bu barədə "Axios" informasiya portalının əməkdaşı Barak Ravid İsraildəki mənbələrə istinadən məlumat verib.

"Cümə günü Romada İranın nüvə sazişi üzrə danışıqlardan əvvəl dövlət katibi Ron Dermer və Mossad rəhbəri Barnea Ağ Evin elçisi Steven Witkoff ilə görüşmək üçün Parisə getdilər", - deyə "Axios" müxbiri X-də yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu