Hizbullah tərksilah olmayacağını bəyan etdi


Hizbullahın baş katibi Naim Qassem Livanın cənubunda müqavimət qüvvələrinin tərksilah edilməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.


AFN.az xəbər verir ki, onun bəyanatını hərəkatın "Əl Manar" kanalı yayımlayıb.

"Biz heç kimə döyüşçülərimizin silahlarını götürməsinə icazə verməyəcəyik və zorla buna cəhd olarsa, cavab verəcəyik" - deyə baş katib bildirib. Naim Qassem qeyd edib ki, Hizbullahın silahlarının zorakılıqla çıxarılmasını tələb edənlər İsrailə “pulsuz xidmət” göstərirlər: “Biz vətəndaş qarşıdurmasına yol verməyəcəyik. Livan ordusu ilə müqavimət qüvvələri arasında heç bir münaqişə olmayacaq".

Qassem ABŞ-ın Livana müharibədən sonrakı bərpası üçün yardımın göstərilməsi Hizbullahın tərksilahı olması ilə bağlı mövqeyini pisləyib: "Amerika administrasiyası Livan xalqının iradəsinə, Livanın müstəqilliyinə hörmət etməli və onun daxili işlərinə qarışmamalıdır".

Hizbullah lideri Livanın müdafiə doktrinasının inkişafı üzrə dialoqda iştirak etməyə hazır olduğunu bildirib. Bununla belə, onun sözlərinə görə, belə bir dialoq yalnız İsrail Livanın cənubundakı işğal olunmuş beş bölgədən qoşunlarını çıxardıqdan sonra başlaya bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu