"Ford" bəzi avtomobil modellərinin Çinə çatdırılmasını dayandırıb


Amerikanın avtomobil istehsalçısı "Ford" Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbindən bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.


AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, "Ford" bu həftə "F-150 Raptor" pikapları, "Mustang" idman kupeləri və "Bronco" yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. Şirkətə məxsus "Lincoln's Navigator SUV"-nin də Çinə çatdırılması dayandırılıb.

Nəşr qeyd edir ki, Çin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artıb və F-150 pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır. Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.

Eyni zamanda, qəzet qeyd edir ki, "Ford" mühərrikləri və transmissiyalarının Çinə çatdırılması davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu