İran nümayəndə heyəti ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Romaya gəlib

İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti İranın nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu üçün Romaya yollanıb.
AFN.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin verdiyi məlumata görə, Omanın xarici işlər naziri Bədr əl-Busəidinin vasitəçiliyi ilə İtaliyada dolayı danışıqlar aparılacaq.
Baqayi həmçinin qeyd edib ki, danışıqların qarşıdakı raundu fikir ayrılıqlarının yekun həllinə gətirib çıxarmayacaq. “Biz başa düşürük ki, bu, ən rəvan yol deyil, lakin biz hər addımı keçmiş təcrübəyə əsaslanaraq, gözlərimizi açıq atırıq”, - deyə diplomat X hesabında yazıb.