Avstraliyanın şərq sahillərində son üç gündə 5 nəfər boğularaq ölüb

Avstraliyanın şərq sahillərinə təsir edən güclü dalğalar nəticəsində son üç gündə 5 nəfər boğulub.
ABC news xəbər verir ki, səlahiyyətlilər Avstraliyada son günlər baş verən boğulma hadisələri ilə bağlı açıqlama verib.
Açıqlamada ölkənin Viktoriya və Yeni Cənubi Uels ştatlarında son üç gündə 5 nəfərin boğularaq öldüyü, 2 nəfərin isə itkin düşdüyü bildirilib.
Həyatını itirənlərdən bəzilərinin şəxsiyyətinin hələ müəyyən edilmədiyi, itkin düşənlərin axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilib.
Avstraliya Meteorologiya Xidməti tərəfindən verilən açıqlamada vətəndaşlardan sörfinq, qayıqla gəzinti və üzgüçülük kimi fəaliyyətlərdə diqqətli olmağa çağırılıb.