KİV: "Yahoo" "Chrome" brauzerini almaq istəyir


ABŞ-ın texnologiya şirkəti "Yahoo" ABŞ məhkəməsi "Google"a antiinhisar işi ilə bağlı brauzerdən imtina etməyə qərar verərsə, "Chrome"u almağa hazırlaşır.


AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik "Yahoo Search"ün baş meneceri Brayan Provostdan sitat gətirib: "Chrome", şübhəsiz ki, internetdə ən mühüm strateji oyunçudur. "Chrome" brauzerinin dəyəri on milyardlarla dollarla ölçülür. "Yahoo" öz brauzerini inkişaf etdirir, lakin hazır məhsulu almağı da düşünür".

Bundan əvvəl "OpenAI" də "Google" brauzerini almaqda maraqlı olduğunu açıqlamışdı. Əgər razılaşma əldə olunarsa, "OpenAI" "ChatGPT" chatbotunu "Chrome"a daha da inteqrasiya etməyi planlaşdırır.

ABŞ hökuməti Google-u inhisar statusundan məhrum etməyə çalışır. Onların fikrincə, bu, potensial rəqiblərin internet axtarışının əhəmiyyətli bir hissəsinə nəzarət etməsinə mane olur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu