Tramp Ukrayna ilə bağlı səylərinin hələ də uğurlu olmamasından məyusdur - CNN CNN


ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh razılaşması əldə etmək cəhdlərinin indiyədək uğursuz olmasından məyusdur.


AFN.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, bu məyusluğunu şəxsi söhbətində Ağ Ev rəhbəri məsləhətçiləri ilə bölüşüb. Bildirib ki, Ukrayna üzrə sövdələşməyə vasitəçilik onun gözlədiyindən daha çətin olub. Mənbələrin sözlərinə görə, o, tez-tez qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlərin xarakteri danışıqları çətinləşdirir.

Bir neçə gün əvvəl Amerika lideri Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda iştirak üçün öz müddətlərini müəyyən etdiyini bildirib, lakin bu müddəti açıqlamayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu