Putin Vitkoffu Kremldə qəbul edib


Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffu qəbul edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu, Putinlə Vitkoff arasında son iki həftədə ikinci, ilin əvvəlindən isə dördüncü görüşdür. Sonuncu aprelin 11-də Sankt-Peterburqda baş verib və dörd saatdan çox davam edib. Görüşdə Ukrayna tənzimləməsi gündəmdədir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Vitkoff ilə təmaslar son dərəcə faydalıdır: "Bu, Putin və Tramp arasında mövqeləri çatdırmaq üçün çox yaxşı, etibarlı kanaldır”.

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff görüşə ingilis dilində qısa salam mübadiləsi ilə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu