"Qərbi Azərbaycanlı Mühacirlər" mövzusunda tədbir keçirilib


Bakı Slavyan Universitetində "Çapar - Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhmədin təqdimatında "Qərbi Azərbaycanlı Mühacirlər" mövzusunda tədbir keçirilib.


AFN.az xəbər verir ki, tədbirdə BSU-nun müxtəlif struktur bölmələrinin rəhbərləri və tələbələr iştirak ediblər.

Dilqəm Əhməd çıxışı zamanı Türkiyə arxivlərində çoxsaylı araşdırmalar apardığını və bu arxivlərdə Qərbi azərbaycanlı mühacirlər haqqında zəngin məlumatlar olduğunu bildirib. O, Azərbaycan Cümhuriyyətinin qurulmasında Qərbi azərbaycanlı ziyalıların xidmətlərindən danışıb, Məhəmməd Ağaoğlu, Əkbər ağa Şeyxulislamzadə, Məhəmməd Məhərrəmov və digər mühacirətdə yaşamış irəvanlılar barədə nadir fotoşəkil və sənədlər təqdim edib.
İştirakçılar tərəfindən maraqla qarşılanan tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Tədbirdən sonra BSU-nun rektoru Anar Nağıyevlə təşkilat üzvlərinin görüşü baş tutub.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu