Mask Çinin demoqrafik böhranla üzləşdiyini düşünür


ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask hesab edir ki, Çin demoqrafik böhranla üzləşə bilər.


AFN.az xəbər verir ki, o bu barədə özünün X hesabında yazıb.

"Əhalinin dağılması Çinin ən böyük uzunmüddətli problemidir. Bu, demək olar ki, Yer kürəsinin hər bir ölkəsinə təsir edir", - deyə o yazıb.

Mask daha əvvəl Avropada doğum səviyyəsinin aşağı olması ilə bağlı narahatlığını ifadə etmişdi. O, həmçinin İtaliya, Fransa və Yaponiya mədəniyyətləri də daxil olmaqla, demoqrafik böhran səbəbindən bütöv xalqların yox ola biləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu