Zibil hesab etdi, almaz çıxdı: ABŞ-da parkda sürpriz kəşf


ABŞ-da bir kişi ailəsi ilə gəzərkən yerdə tapdığı parlaq əşyanın alüminium deyil, 3,81 karatlıq qiymətli almaz olduğunu anlayıb.



Ailəsi ilə birlikdə ABŞ-ın Minnesota ştatındakı Diamonds əyalət parkına gedən Devid Dekuk yerdə parıldayan bir əşya görüb. İlk baxışdan konfet kağızı olduğunu düşündüyü bu əşyanı əlinə alanda onun qiymətli daş olduğunu anlayıb.

Mütəxəssislər Dekukun tapdığı daşın 3,81 karat ağırlığında qəhvəyi almaz olduğunu təsdiqləyiblər. Bu almaz 2025-ci ildə parkda tapılan ən ağır daş kimi qeydə alınıb.

Park rəsmiləri aprel ayında bölgəyə yağan güclü yağışın torpağı aşındıraraq almazın səthə çıxmasına şərait yarada biləcəyini bildiriblər. DeKuk almazı itinin şərəfinə “Duke Diamond” adlandırıb.

Zərgərlik mütəxəssisləri daşın dəyərinin 3800-19000 dollar arasında dəyişə biləcəyini təxmin edirlər. Dekuk almazla nə edəcəyinə hələ qərar vermədiyini söyləyib.

Qeyd edək ki, Crater of Diamonds Park bu günə qədər 75 mindən çox almazın çıxarıldığı, ictimaiyyətə açıq olan nadir sahələrdən biridir. Keçən il fransalı turist parkda daha böyük, çəkisi 7,46 karat olan almaz tapmışdı. Bölgədə indiyə qədər çıxarılan ən böyük almaz 1924-cü ildə kəşf edilmiş 40,23 karatlıq "Sem dayı" daşıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu