İran-ABŞ danışıqlarının növbəti raundu Omanda keçiriləcək

İran və ABŞ arasında İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli məsələsi üzrə danışıqların növbəti raundu mayın 11-də Omanın paytaxtında keçiriləcək.
AFN.az xəbər verir ki, bu barədə “NourNews” mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl "Axios"un müxbiri Barak Ravid ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoffa istinadən X hesabında danışıqların dördüncü raundunun mayın 10-11-də baş tuta biləcəyini yazmışdı.