Liviya hökuməti: Tripolidəki münaqişə bölgəsi nəzarət altındadır


Liviya Milli Birlik Hökuməti Tripolidə toqquşmaların baş verdiyi Əbu Səlim bölgəsinin nəzarətə götürüldüyünü açıqlayıb.



Liviya Milli Birlik Hökumətindən verilən açıqlamada Müdafiə Nazirliyi qüvvələrinin paytaxt Tripolinin Əbu Səlim bölgəsində hərbi əməliyyatı uğurla başa vurduğu bildirilib.

Açıqlamada bölgənin nəzarət altında olduğu, Müdafiə Nazirliyi qüvvələrinin təhlükəsizlik və sabitliyin davamlılığını təmin etmək üçün işlərini davam etdirdiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu