Liviya sahillərində neft sızıntısı aşkar edilib
Liviyanın şimal-qərbində, Aralıq dənizinin sahil şəhəri Misrata sahillərində neft sızıntısı aşkar edilib.
Liviya Kosmik Elmlər və Uzaqdan Zondlama Mərkəzi Misrata sahillərində aşkar edilən sızma ilə bağlı açıqlama verib.
Açıqlamada neft sızmasının 7 kvadrat kilometrdən çox ərazini əhatə etdiyi və çirklənmənin platforma və ya gəmidən qaynaqlana biləcəyi bildirilib.
Sözügedən məlumatların Qlobal Ətraf Mühit və Təhlükəsizlik Monitorinq Proqramı və Afrika (GMES & Africa) Dəstək Proqramı çərçivəsində 12 sahilyanı ölkənin monitorinq edildiyi layihə çərçivəsində əldə edildiyi vurğulanıb.
Mənbə: AA