Uruqvayın keçmiş prezidenti Xose Muxika vəfat edib

"Pepe" ləqəbi ilə tanınan Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib.
Uruqvay prezidenti Yamandu Orsi X sosial media platformasında verdiyi açıqlamada ictimaiyyət arasında "Pepe" ləqəbi ilə tanınan Muxikanın paytaxt Montevideoda dünyasını dəyişdiyini açıqlayıb.
Muxika mətbuata verdiyi son açıqlamada səhhətinin pisləşdiyini bildirmişdi. O 2021-ci ildə verdiyi açıqlamada qida borusunda bədxassəli şiş diaqnozu qoyulduğunu açıqlayıb və aktiv siyasətdən uzaqlaşdığını qeyd edib.
Son illərini Montevideonun kənd ərazisindəki fermasında keçirən Muxika 2009-cu ildə prezident seçkilərində qalib gəlib və 2010-2015-ci illərdə Uruqvay prezidenti olub.
İşlədiyi müddətdə Mujica sadə həyat tərzi, təvazökarlığı və ictimaiyyətlə əlaqəsi ilə bütün dünyada tanınıb və hörmət qazanıb.