Çinin ABŞ-dakı səfirliyi Ukrayna və Tayvan arasında paralellər aparmamağa çağırıb


Çin: Ukrayna böhranı ilə Tayvan məsələsinin müqayisəsi yolverilməzdir



AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin mətbuat xidməti açıqlama yayıb. Açıqlama ABŞ dövlət katibi Marko Rubionun “Ukrayna münaqişəsinin nəticələri Çinin Tayvan məsələsinə baxışına təsir edəcək” fikrinə münasibət bildirərkən verilib.



"Tayvan və Ukrayna məsələləri mahiyyətcə tamamilə fərqlidir və bir-biri ilə müqayisə olunmaz. Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir və bu məsələ ÇXR-in daxili işidir. Xarici qüvvələrin Çin daxili siyasətinə hər hansı müdaxiləsinə və Tayvan boğazında sülh və sabitliyə xələl gətirəcək hərəkətlərə qarşıyıq", – deyə səfirlikdən bildirilib.



Ukrayna böhranı barədə Çin qeyd edib ki, ölkə sülhün təşviqini dəstəkləyir və Rusiya-Ukrayna arasında birbaşa dialoqun qurulması, eləcə də böhranın siyasi yolla həllinin tərəfdarıdır: “ yalnız dialoq və danışıqlar əsasında mümkün ola bilər”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu