Ukraynanın xarici işlər naziri Azərbaycana gəlir


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycana rəsmi səfər edəcək.



Xarici işlər nazirinin Bakıya səfəri mayın 25-nə planlaşdırılıb.



Səfər çərçivəsində Andrey Sibiqanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü, həmçinin bir sıra digər rəsmi şəxslərlə ikitərəfli danışıqlar aparması gözlənilir.



Səfər zamanı Azərbaycan və Ukrayna arasında regional əməkdaşlıq, təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu