Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir
Çexiyanın xarici işlər naziri Yakob Kulhanek sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gələcək.
O, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Tərəflər iki ölkə arasında bir sıra səhələrdə əməkdaşlıq əlaqələrinə dair məsələləri müzakirə edəcəklər.