Qırğızıstanın xarici işlər naziri Azərbaycana gəlir
Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycana səfər edəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, R. Kazakbayev sabah bir sıra görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə ediləcək.