Günlərdir itkin idi, meyiti tapıldı

Ağdaş rayonunda itkin düşən 66 yaşlı qadının meyiti 13 gün sonra Göyçay rayonunda tapılıb.
Hadisə ilə bağlı məlumatlara əsasən, 9 may tarixində rayonun Ağcayazı kənd sakini Nazilə Əliabbas qızı Ələkbərova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən N. Ələkbərovanın meyiti Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndiərazisindən keçən hissəsində aşkarlanaraq sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma davam edir.