Braziliya prezidentinə labirintit diaqnozu qoyuldu

Həkimlər Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya daxili qulağın iltihabı (labirintit) diaqnozu qoyublar.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən o, iş görüşlərini ləğv etmək məcburiyyətində qalıb.
"Prezident Luiz İnasio Lula da Silva bazar ertəsi, mayın 26-da başgicəllənmə hiss edib və ona labirintit diaqnozu qoyulub. O, Braziliyadakı Suriya-Livan Xəstəxanasında rentgen və qan analizindən keçib və nəticə normal olub", - deyə yerli mediada yayılan məlumatda bildirilir.
Dövlət başçısı rəsmi iqamətgahındadır, ona gün ərzində istirahət etməsi tövsiyə olunub.