ABŞ iqtisadiyyatı bu ilin ilk rübündə 0,2 faiz kiçilib


ABŞ iqtisadiyyatı 2025-ci ilin ilk rübündə illikləşdirilmiş hesabla 0,2 faiz kiçələrək gözləntilərdən daha az daralma göstərib.



ABŞ Ticarət Nazirliyinin açıqladığı məlumata görə, cari ilin yanvar-mart aylarını əhatə edən dövr üçün Ümumi Daxili Məhsulun (ÜDM) ikinci qiymətləndirməsi iqtisadi aktivliyin illik əsasda 0,2 faiz azaldığını göstərir.



Ötən ay yayımlanan ilkin hesabata əsasən, ABŞ iqtisadiyyatının 2025-ci ilin ilk rübündə 0,3 faiz kiçilməsi proqnozlaşdırılmışdı.



Bu, ABŞ iqtisadiyyatının 2022-ci ilin birinci rübündən bəri ilk dəfə kiçilməsi ilə yadda qalan dövr olub.



2024-cü ilin son rübündə ABŞ iqtisadiyyatı 2,4 faiz, ümumilikdə isə ötən il ərzində 2,8 faiz artım nümayiş etdirmişdi.



İlin ilk rübündə iqtisadi daralmaya əsasən idxalın artmasıdövlət xərclərinin azalması təsir göstərib.



Eyni zamanda, şəxsi istehlak xərcləri üzrə qiymət indeksində bu ilin birinci rübündə 3,6 faiz artım qeydə alınıb. Müvafiq indeks ötən ilin son rübündə 2,4 faiz artmışdı.



Qida və enerji xərcləri nəzərə alınmadan hesablanan əsas şəxsi istehlak xərcləri üzrə qiymət indeksində isə artım göstəricisi 3,5 faizdən 3,4 faizə endirilib. Bu indeks əvvəlki rübdə 2,6 faiz artmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu