Bakıda ticarət mərkəzləri dayanacaqlarında parkinq qiyməti artırıldı

Bakıda ticarət mərkəzlərinə məxsus dayanacaqlarda parklanma qiyməti artırılıb.
AFN.az Oxu.az-a istinadən xəbər verir ki, "28 Mall" ticarət mərkəzinə məxsus dayanacaqda bir saatlıq parkinq haqqı bir manatdan iki manata qaldırılıb. Eyni qiymət artımının "Gənclik Mall" ticarət mərkəzinə və digər ticarət mərkəzlərinə məxsus olan yeraltı dayanacaqlarda da tətbiq olunduğu bildirilir.
Qiymət artımının hansı səbəbdən baş verməsi ilə bağlı məlumat verilməyib.