İran uranı zənginləşdirməkdən imtina etmir – Pezeşkian


İran uranın zənginləşdirilməsindən imtina etməyəcək – bu, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (MAQATE) ölkəyə qarşı ittihamlarla qəbul edilən qətnaməyə baxmayaraq dəyişməz qalır.



AFN.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian bəyan edib.



“İran seçilmiş yoldan dönməyəcək, zənginləşdirmə prosesi davam edəcək. Hətta obyektlərimiz bombalansa belə, biliklər bizdə qalacaq. Onların dağıtdıqlarını biz bərpa edəcəyik,” – deyə "Mehr" agentliyi siyasətçinin sözlərindən sitat gətirib. O, MAQATE-nin İdarəçilər Şurasının qətnaməsini “zərərli” adlandırıb.



Xatırladaq ki, Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, MAQATE-nin İdarəçilər Şurası İranın guya nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozduğuna dair qətnamə qəbul edib. Sənədin əleyhinə Rusiya, Çin və Burkina-Faso səs verib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu