İran ABŞ-la nüvə danışıqlarını dayandırdı

İran İsrailin hücumlarından sonra ABŞ-la nüvə danışıqlarını dayandırdığını açıqlayıb.
İran dövlət televiziyasının məlumatına görə, Tehran 15 iyun tarixində Omanın paytaxtı Muskatda keçirilməsi planlaşdırılan dolayı nüvə danışıqlarında iştirak etməyəcək.
Xatırladaq ki, ABŞ-ın İranın uran zənginləşdirmə fəaliyyətlərini tamamilə dayandırmaqda israrlı olması səbəbindən bir müddətdir baş tutmayan danışıqların 15 iyunda Oman Sultanlığında yenidən başlanacağı bildirilmişdi.