ABŞ İsrailin İran əleyhinə əməliyyatlarına dəstək verməyəcək

Vaşinqton İsrailin hücumlarına mane də olmayacaq
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuyla söhbətində bildirib ki, ABŞ İran əleyhinə əməliyyatlarda yəhudi dövlətinə mane olmayacaq, lakin İslam Respublikasına qarşı hücum əməliyyatlarında yardım da göstərməyəcək.
AFN.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, iyunun 12-də Trampla söhbət zamanı Netanyahu qeyd edib ki, İranla nüvə sazişi üçün verilmiş 60 günlük müddət başa çatıb və İsrail özünü qorumağa məcburdur.
Tramp İran hakimiyyətini nüvə proqramı ilə bağlı sazişə getməmələri halında nəticələr barədə xəbərdar etdiyini və onları sazişi bağlamağa çağırdığını bildirib.