İsrail İranın ballistik raket ehtiyatını məhv etdiyini açıqladı

Netanyahu iran xalqına müraciət etdi
İyunun 13-nə keçən gecə İrana qarşı başlayan əməliyyat zamanı İsrail İran ordusunun ballistik raket ehtiyatının əhəmiyyətli hissəsini artıq məhv edib.
AFN.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu öz ofisinin yaydığı videomüraciətində İran xalqına bildirib.
"Son 24 saat ərzində biz yüksək rütbəli hərbi komandirləri, yüksək rütbəli nüvə fiziklərini, İslam rejiminin ən mühüm uranı zənginləşdirmə obyektini və onun ballistik raket arsenalının əhəmiyyətli hissəsini məhv etdik. Gələcəkdə daha çox şey olacaq", - deyə Netanyahu əlavə edib.
Onun sözlərinə görə, İran hakimiyyəti İsrailin həyata keçirdiyi hücumdan sonra yönünü itirib, onların başına nə gəldiyini və yaxın gələcəkdə onları nə gözlədiyini bilmir: "Həmişəkindən daha zəifdirlər. Mən sizdən o rejimi devirmək üçün mübarizəyə başlamağı xahiş edirəm".