İrandan reaksiya: ABŞ BMT Nizamnaməsini və nüvə sazişini pozub

İranın xarici işlər naziri Abbas Araqçı ABŞ-ın ölkəsinin nüvə obyektlərinə hücumunu kəskin tənqid edib.
AFN.az xəbər verir ki, nazir bildirib: “BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ, İranın dinc məqsədli nüvə infrastrukturuna zərbə endirməklə BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini açıq şəkildə pozub.”
Abbas Araqçı bu hadisəni son dərəcə təhlükəli adlandırıb və vurğulayıb ki, baş verənlər gələcək üçün ciddi nəticələr doğura bilər.
O əlavə edib ki, BMT Nizamnaməsinin hüquqi özünümüdafiə maddəsinə əsasən, İran Respublikasının suverenliyini və milli maraqlarını qorumaq hüququ saxlanılır.