Tramp: ABŞ Çinlə ticarət sazişi imzaladı, Hindistanla müqavilə gözlənilir

ABŞ iyunun 25-də Çinlə yeni ticarət sazişi imzalayıb və tezliklə Hindistanla da oxşar saziş bağlamağa ümid edir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. O, Ağ Evdə büdcə və vergi sahələrindəki planlarına həsr olunmuş tədbirdə deyib:
"Biz dünən Çinlə ticarət müqaviləsi imzaladıq. Bizim əla sazişlərimiz var. Hindistanla böyük bir saziş yaxınlaşır. Çox böyükdür. Biz Amerika biznesi üçün Hindistanı açacağıq. Çin sazişində isə ABŞ istehsalçıları üçün Çini açmağa başlayırıq,” – deyən Donald Tramp təfərrüatları açıqlamayıb.
"Biz bütün ölkələrlə sövdələşmələr etməyəcəyik. Sadəcə bəzi ölkələrə məktublar göndərərək, onlara 25%, 35%, 45% ödəyəcəkləri barədə bildiriş göndərəcəyik", - deyə Amerika lideri vurğulayıb.