Avstraliya “Terrorgram” şəbəkəsini terror təşkilatı elan etdi


Avstraliya Telegram üzərindən fəaliyyət göstərən “ağ irq” üstünlüyünü müdafiə edənzorakı aksiyaları təşviq edən “Terrorgram” adlı onlayn şəbəkəni rəsmi olaraq “terror təşkilatı” elan edib.

9 News saytının xəbərinə görə, Avstraliyanın Daxili İşlər naziri Toni Berk milli təhlükəsizlik və kəşfiyyat qurumları ilə aparılan məsləhətləşmələrdən sonra “Terrorgram”ın hüquqi baxımdan terror təşkilatları siyahısına daxil edildiyini açıqlayıb.

Berk bildirib ki, “Terrorgram” istifadəçiləri azlıq qruplarına qarşı terror hücumlarını təşviq edən təbliğat materialları yayır.

Nazir bu addımın Avstraliya polisi və təhlükəsizlik orqanlarının ölkədəki radikal qrupların fəaliyyətlərini məhdudlaşdırmaq səlahiyyətlərini xeyli artıracağını vurğulayıb.

Cinayət Məcəlləsinə əsasən, “Terrorgram” şəbəkəsinə üzv olan, təşkilat adından təbliğat aparan, təşkilata maliyyə dəstəyi göstərən və ya orada təlim verən şəxsləri 25 ilədək həbs cəzası gözləyir.

ABŞ 2024-cü ilin yanvarında “Terrorgram”ı “Xüsusi Təyin Olunmuş Qlobal Terrorçular” siyahısına daxil etmiş, Birləşmiş Krallıq isə 2024-cü ilin aprelində onu terror təşkilatı kimi tanımışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu