ABŞ kəşfiyyatı: İran nüvə silahı yaratmır

Senatın Kəşfiyyat Komitəsinin sədr müavini demokrat Mark Vorner bildirib ki, ABŞ milli kəşfiyyatı senatorları İranın nüvə silahı yaratmaq üzərində işlədiyinə dair heç bir sübutun olmadığı barədə məlumatlandırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Vorner Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın mart ayında “İran bomba yaratmaq üçün heç bir addım atmayıb” sözlərini xatırladıb. "Bu həftənin bazar ertəsi biz kəşfiyyat məlumatlarının dəyişmədiyinə dair təsdiq aldıq”, - deyə o əlavə edib.
Bundan əvvəl hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçuk İranın nüvə silahına malik olma ehtimalını dəyərləndirib. “Düşünürəm ki, 30 ildən artıqdır ki, sanksiyalar, dünyanın qalan hissəsindən təcrid şəraitində bu ölkə Şimali Koreya kimi laboratoriyalarında çoxdan nəsə inkişaf etdirib" - deyə Vorner bildirib.