Argentinada Rusiya casus şəbəkəsi ifşa edildi


Argentina hakimiyyəti ölkədəki “Rusiya casus şəbəkəsi”nin ifşa olunduğunu açıqlayıb.



AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, hökumət sözçüsü Manuel Adorni bildirib ki, şəbəkənin məqsədi Argentina dövlətinə qarşı dezinformasiya kampaniyaları və əməliyyatlar aparmaq üçün Rusiyaya sadiq insanlardan ibarət qrup yaratmaq olub. Bəyanatda qeyd edilir ki, Kreml tərəfindən maliyyələşdirildiyi iddia edilən “Şirkət” adlı təşkilat "Vaqner PMC"-nin mərhum rəhbəri Yevgeni Priqojinin “trol fabriki” kimi təsis etdiyi Laxta layihəsi ilə əlaqəlidir.



Argentina kəşfiyyatının məlumatına görə, ölkədə yaşayan Rusiya vətəndaşı Lev Andriaşvili həyat yoldaşı İrina Yakovenko ilə birlikdə yerli strukturlarla əlaqə yaradaraq dezinformasiya yaymaq üçün pul paylayıb. Xüsusilə, cütlük sosial şəbəkələrdə yazılar yazıb, vətəndaş cəmiyyəti təşkilatları və qeyri-hökumət təşkilatları (QHT) ilə əlaqə qurub, ölkədə baş verəcək siyasi hadisələrlə bağlı məlumat toplayıb.



Rusiyanın ölkədəki səfirliyi ruslara qarşı şübhələri “casus manyaklığının” növbəti mərhələsi adlandırıb və bunda Moskvanın əleyhdarlarının iki ölkə arasında münasibətlərə “çaxmaq salmaq” cəhdini görüb. Buenos-Ayres mütəşəkkil cinayətkarlığa, terrorizmə və xarici təsirlərə qarşı mübarizə ilə məşğul olacaq Amerika Federal Təhqiqat Bürosuna bənzər yeni bir istintaq mərkəzinin yaradıldığını elan etdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu