Britaniya Ukraynaya hərbi dəstəyin artırılmasına çağıracaq

Böyük Britaniyanın müdafiə naziri Con Healey Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasında Qərbi Kiyevə hərbi dəstəyi artırmağa çağıracaq.
AFN.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Bildirilir ki, Healey çıxışında qrup üzvlərini 50 gün müddətinə Ukraynanın silahlandırılması kampaniyası təşkil etməyə çağıracaq və Moskva ilə Vaşinqtonun Ukraynada nizamlanma ilə bağlı razılığa gəlməyəcəyi təqdirdə, iyulun 14-də Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyaların tətbiqi ilə hədələyən ABŞ prezidenti Donald Trampın təklifini dəstəkləyəcək.
Həmçinin qeyd edilir ki, görüşdə Almaniya və Böyük Britaniya Berlindən ayrılan 170 milyon avro vəsaitdən istifadə etməklə hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər almağa razılaşa bilərlər.