Böyük Britaniya Fələstini 2029-cu ilədək tanıya bilər


Böyük Britaniya indiki parlamentin səlahiyyət müddəti bitənədək, yəni 2029-cu ilə qədər Fələstin dövlətini tanıya bilər.

AFN.az xəbər verir ki, bunu ölkənin biznes və ticarət naziri Conatan Reynoldz “Sky News” telekanalına açıqlamasında deyib.

“Əgər bu, münaqişənin həlli üçün dönüş nöqtəsi olacaqsa, hazırkı parlament dönəmində tanıya bilərik. Amma bunu yalnız bir dəfə edə bilərik. Simvolik şəkildə edilsə, faydası olmayacaq,” – deyə Reynoldz bildirib.

Fələstinin tanınması Böyük Britaniyada iyulda hakimiyyətə gəlmiş Leyboristlər Partiyasının seçki proqramında yer alıb. Lakin konkret tarix göstərilməyib. Baş nazir Keyr Starmer isə Fələstinin “uyğun zamanda” tanınacağını qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron da bu ilin sentyabrında BMT Baş Assambleyasında Fələstini tanıyacaqlarını açıqlayıb. İsrail bu addımı HƏMAS-ı mükafatlandırmaq və terrorizmi dəstəkləmək kimi qiymətləndirib.

Reynoldz isə İsrailin bu mövqeyi ilə razılaşmayaraq bildirib ki, həm israillilər, həm də fələstinlilər iki dövlətli həllə ehtiyac duyurlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu