Fransada saxlanılan azərbaycanlı ailə ilə bağlı səfirlikdən AÇIQLAMA


Azərbaycanın Fransadakı Səfirliyi vətəndaşlar Quliyev Məhəmməd və Abdullayeva Gültacın üzləşdiyi vəziyyətlə bağlı məlumat yayıb.

Səfirlikdən bildirilib ki, Konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğuldur:

“Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat daxil olan gündən konsulluq əməkdaşları məsələyə diqqət yetirir.

İyulun 7-də edilən müraciət əsasında, ailənin iki övladı üçün qayıdış şəhadətnaməsi rəsmiləşdirilib. Avqustun 6-da Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb, uşaqlar isə müvəqqəti sığınacağa yerləşdirilib. Polis bu addımı Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırıb.

Hazırda Fransada yerli hakim məsələni araşdırır və Almaniya məhkəməsinin qərarı ilə bağlı nəticə gözlənilir. Bu müddətdə valideynlər övladları ilə görüş imkanı əldə ediblər. Səfirlik Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə ailəyə yardım göstərir. Məsələ nəzarətdə saxlanılır.”




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu