Rusiyada WhatsApp və Telegram vasitəsilə 52 mindən çox cinayət törədilib


Rusiyada bu il WhatsApp və Telegram vasitəsilə 52 mindən çox cinayətin törədildiyi və yaranmış maddi zərərin 106 milyard rublu (təxminən 1,3 milyard dollar) keçdiyi bildirilib.

Rusiyanın Federal Məclisinin aşağı palatası olan Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin üzvü Anton Nemkin TASS xəbər agentliyinə açıqlamasında WhatsApp və Telegram üzərindən törədilən cinayətlərin artdığını deyib.

Nemkin bildirib ki, WhatsApp və Telegram vasitəsilə vətəndaşlar kundaklama kimi müxtəlif cinayətlər törətməyə də təşviq olunurlar: “2025-ci ilin əvvəlindən bəri 52 mindən çox cinayət qeydə alınıb, ümumi maddi zərər isə 106 milyard rublu keçib.”

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarəti Xidməti həftənin əvvəlindən etibarən ölkədə WhatsApp və Telegram vasitəsilə edilən zənglərlə bağlı yaşanan problemlərə dair açıqlama yayıb və cinayətkarlarla mübarizə məqsədilə zənglərə məhdudiyyət tətbiq olunduğunu bildirib.

Aralarında Nemkinin də olduğu bir qrup Duma deputatı 18 iyul tarixində verdikləri açıqlamada mesajlaşma tətbiqi WhatsApp-ın milli təhlükəsizliyi təhdid etdiyi əsasını göstərərək onun qadağan olunmasına çağırıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu