Bakı metrosunda gedişhaqqı artır? - Rəsmi açıqlama


Gedişhaqqı ilə bağlı məsələ daim müzakirə olunur, amma hazırda bu barədə məlumatımız yoxdur.

AFN.az Trend-ə istinadən xəbər verir ki, bunu "Xocəsən" elektrik deposunda ("Xocəsən" stansiyası) Bakı metropoliteninə gətirilmiş yeni nəsil qatarların yığılaraq komplektləşdirilməsi ilə bağlı mediaturda Bakı Metropoliteni QSC sədrinin müşaviri Emil Əhmədov deyib.

Onun sözlərinə görə, bu barədə müzakirələr aparılır, buna baxmaq lazımdır:

"Bir çox ölkələrdə fərqli yanaşmalar var. Məsələn, aylıq kartlar, bir səfərlik kartlar. Eyni zamanda, tələbələrə və sosial həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar tətbiq olunur".

"Bir çox ölkələrdə məsafədən asılı olaraq ödənişlər mümkündür. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur. Hələlik yekun qərar yoxdur", - E.Əhmədov deyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu