Peskov: NATO faktiki olaraq Rusiya ilə müharibə aparır


Kreml sözçüsü Dmitri Peskov NATO-nun faktiki olaraq Rusiya ilə müharibə vəziyyətində olduğunu bəyan edib.

Peskov jurnalistlərə gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

Polşanın xarici işlər naziri Radoslav Sikorskinin NATO-nun Rusiya ilə müharibədə olmadığı barədə fikirlərini şərh edən Peskov “NATO, Rusiya ilə müharibə vəziyyətindədir. Bu, açıq-aşkar ortadadır və əlavə sübuta ehtiyac yoxdur” deyib.

Sözçü qeyd edib ki, NATO Ukraynaya birbaşa və dolayı yolla dəstək verərək faktiki olaraq bu müharibəyə qoşulub.

Ukrayna məsələsinə toxunan Peskov Avropa ölkələrinin prosesə müdaxilə etdiyini, lakin böhranın əsas səbəblərinə diqqət yetirmədiyini bildirib.

O, Rusiyanın Ukrayna böhranını siyasi və diplomatik yollarla həll etməkdə maraqlı olduğunu və bu istiqamətdə istəyinin davam etdiyini vurğulayıb. Peskovun sözlərinə görə, Kiyev prosesi süni şəkildə ləngidir.

Rusiya prezidenti Vladimir Putin ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüşə toxunan Peskov, belə bir görüşün yaxşı hazırlanmasının vacibliyini vurğulayaraq əlavə edib ki, əks halda bu görüş heç bir nəticə verməyəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu