“Fino, Novax və Domi ilə “I phone 16” qazanmaq şansı!” adlı stimullaşdırıcı lotereyanın dördüncü tirajı keçirilib
“Araz” və “Spar” marketlərdə keçirilən “Fino, Novax, Domi ilə “I phone 16” qazanmaq şansı” adlı stimullaşdırıcı lotereyanın dördüncü qalibi müəyyən olunub. Dördüncü tiraj 19 sentyabr tarixində “Araz market”in ofisində keçirilib və tiraj canlı yayımla “Araz”ın Instagram səhifəsində yayımlanıb.
Bir nəfər, 2015********5100 nömrəli “Araz kart” sahibi, 256 GB yaddaşa malik smart telefon udub. Tirajdan sonra şanslı şəxslə əlaqə saxlanılıb, xoş xəbər çatdırılaraq hədiyyəsini təhvil alması üçün “Viva Communications” şirkətinə dəvət edilib.
Lotereyanın şərtlərinə görə, 4 avqust – 26 oktyabr tarixləri müddətində istənilən "Araz” və "Spar” supermarketlər şəbəkələrindən ümumi dəyəri 10 AZN-dən az olmayaraq "Fino, Novax, Domi" təmizlik məhsulları alan, 18 yaşına çatmış və "Araz Supermarket” rəqəmsal və ya fiziki kartına sahib olan hər kəs lotereyada iştirak edə bilər.
Qalib şəxsin 90 gün ərzində ona uyğun zamanda hədiyyəsini götürməsi təmin ediləcək.
