NATO Rusiya sərhədində bəzi bölgələrdə təlimlər keçirə bilər
NATO ölkələri Rusiya sərhədinə yaxın, xüsusilə az qorunan və uzaq bölgələrdə təlimlər keçirməyi müzakirə edirlər.
AFN.az "Financial Times"a istinadən xəbər verir ki, alyans bu addımla Rusiya tərəfindən iddia edilən dron hücumlarına qarşı tədbir görməyi planlaşdırır.
ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın müşaviri, Vaşinqtondakı Katon İnstitutunun aparıcı tədqiqatçısı Dəq Bəndou "The American Conservative" jurnalında NATO-nun Rusiyaya qarşı strategiyasını "dəlilik" adlandırıb.
"Financial Times" konkret sərhəd bölgələrini göstərməsə də, müzakirələrin təşəbbüskarı kimi Rusiya ilə həmsərhəd ölkələrin çıxış etdiyini, Böyük Britaniya və Fransanın isə ideyanı dəstəklədiyini qeyd edib. NATO həmçinin hava məkanında dronlara qarşı konkret tədbirlər üzərində müzakirələr aparır. Lakin mənbələr bildirir ki, bu danışıqlar hələ ilkin mərhələdədir.


