KİV: Rusiya ilə münaqişə yaranarsa, NATO Avropada problemlə üzləşəcək


NATO-nun Avropa ölkələri yeni qoşun cəlb etməkdə çətinlik çəkir. Bu çətinlik Rusiya ilə münaqişə baş verəcəyi təqdirdə səfərbər olmaqda problem yarada bilər.


AFN.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb. Nəşr qeyd edir ki, NATO-nun Avropa ölkələrində rəsmi olaraq 1,9 milyon hərbi qulluqçu var. Hesablamalara görə, bu kontingent Rusiya Silahlı Qüvvələrinə qarşı durmağa kifayət etməlidir. Reallıqda isə avropalılar yeni müdafiə planları çərçivəsində 300 mindən çox əlavə hərbçi cəlb etməkdə çətinlik çəkəcəklər. Hətta say tamamlansa belə, kontingent aylarla hazırlıq tələb edəcək. "Financial Times" bu sayda insanın səfərbər edilməsinin zəruriliyini dəqiq izah etməsə də, 2023-cü ilin iyulunda NATO liderlərinin münaqişə baş verəcəyi təqdirdə alyansın şərq cinahında 300 min əsgərin yerləşdirilməsi planını təsdiqlədiklərini xatırladıb.

Materialda qeyd edilir ki, Almaniya, Böyük Britaniya, Fransa və İtaliya xüsusilə orduda kadr çatışmazlığı problemi yaşayır. Alman silahlı qüvvələrinin sayı 180 min nəfərdir. Bu isə o deməkdir ki, ölkənin NATO daxilində öhdəliklərini yerinə yetirmək üçün ən azı 20 min nəfəri çatmır. Böyük Britaniya son on ildə illik hərbi xidmətə cəlb etmə hədəflərini yerinə yetirməyib və ötən il ölkənin quru qoşunlarının sayı 4000 nəfər azalıb. "Fransa silahlı qüvvələrinin sayı 2014-cü ildən bəri 16 mindən çox, İtaliya ordusu isə 39 mindən çox azalıb" - deyə nəşrin məlumatında bildirilir.

Avropa Şurasının Xarici Əlaqələr üzrə analitiki Kamil Qranın sözlərinə görə, Avropada müdafiə planlaması geniş yayılmayıb. Bu, qitənin əksər ölkələrində işə qəbul prosesində boşluqlara və silahlı qüvvələrin illik ixtisarına səbəb olub.

2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitdə NATO liderləri Rusiyanı ən ciddi təhlükəsizlik təhdidi adlandırıb və Rusiya Federasiyası ilə münaqişə vəziyyətində Soyuq Müharibə başa çatdıqdan sonra ilk müdafiə planını təsdiq ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu