NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur


NATO-nun Ukraynaya qoşun göndərmək planı yoxdur. Bunu mayın 11-də alyansın baş katibinin müavini Mirça Dan Coana deyib.



Eyni zamanda, Coana qeyd edib ki, NATO alyans səviyyəsində Ukraynanı dəstəkləməkdə, eləcə də münaqişənin Rusiya ilə tamhüquqlu qarşıdurmaya çevrilməməsində maraqlıdır.

NATO-nun münaqişəyə müdaxilə etməli olduğu “öz qırmızı xətləri” barədə suala o, “söhbət qırmızı xətlərin pozulmasından deyil, bu müharibənin dinamikasının təkamülündən gedir” cavabını verib. Bundan əlavə, Coana qeyd edib ki, o, münaqişənin nə qədər davam edəcəyini bilmir.

Onun sözlərinə görə, Qərb bu münaqişədən dərs çıxarır və müdafiə sektoruna sərmayə qoymağın zəruriliyini dərk edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu