Kabildə partlayış səsi eşidilib


Əfqanıstanın paytaxtı Kabildə partlayış səsi eşidilib. Hadisə ilə bağlı araşdırma aparıldığı, indiyədək hər hansı dağıntı və ya xəsarət faktının qeydə alınmadığı bildirilir.

Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid X sosial şəbəkəsindəki paylaşımında “Kabil şəhərində partlayış səsi eşidilib, lakin narahat olmağa əsas yoxdur, hər şey nəzarət altındadır” yazıb.

Mücahidin sözlərinə görə, hadisə ilə bağlı araşdırma davam edir və hələlik zərər barədə məlumat yoxdur.

Tolo News xəbər verir ki, partlayış və pilotsuz uçuş aparatlarının səsi eşidildikdən sonra şəhərin şərq hissəsində yerləşən Abdul Haq qovşağı nəqliyyat üçün bağlanıb.

Pakistanın Dawn qəzetinin adını açıqlamadığı mənbələrə əsasən, həmin ərazidə Land Cruiser markalı avtomobilin vurulduğu ehtimal edilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu