AB Tramp dönəmindən sonra ABŞ-la ticarət razılaşmasını yeniləyəcək - KİV


Avropa İttifaqı ABŞ-la ticarət razılaşmasının şərtlərini Trampın prezidentlik müddəti başa çatdıqdan sonra yenidən nəzərdən keçirəcək.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.

Qəzetin yazdığına görə, məsələ Avropa İttifaqı ölkələrinin ticarət nazirlərinin görüşündə müzakirə olunacaq. Görüş çərşənbə axşamı Danimarkada baş tutacaq və Avropa Komissiyasının ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç iştirak edəcək. "Financial Times" yazır ki, bəzi ölkələr, tərəflər razılaşmanı uzatmazsa, razılaşmanın müəyyən müddətdən sonra qüvvədən düşəcəyini nəzərdə tutan xüsusi müddədin daxil edilməsini tələb edir. Diplomatik mənbələr bildirirlər ki, Avropa Komissiyası bu təklifi müzakirəyə açıqdır. “Amma biz hələ bilmirik ki, Tramp buna necə reaksiya verəcək”, — deyə qəzetə danışan mənbələrdən biri bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu