ŞKTR prezident seçkilərinə hazırlaşır
Şimali Kipr Türk Respublikasında (ŞKTR) bazar günü keçiriləcək prezident seçkilərinin ilk turunda mübarizə aparan 8 namizəd gərgin təşviqat dövrünə qədəm qoyub. Oktyabrın 19-u bazar günü keçiriləcək prezident seçkilərinin ilk turunda səs verəcək seçicilərin sayı 218 min 313 nəfər olaraq açıqlanıb. Hazırkı prezident Ersin Tatar birinci turda müstəqil namizəd, ana müxalifətdə olan Cümhuriyyət Türkiyə Partiyasının (CTP) sədri Tufan Erhürman isə partiyasının namizədi kimi iştirak edəcək.
Prezident seçkilərinin ilk turunda Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran və İbrahim Yazıcı müstəqil, Osman Zorba isə Kipr Sosialist Partiyasının namizədi kimi iştirak edəcək.
Namizədlərin təbliğat və təşviqat işləri 18 oktyabrda iş saatlarının sonuna qədər davam edəcək.



