KİV: AB "Lukoil"a qarşı sanksiyaları nəzərdən keçirir
Avropa Birliyi "Lukoil"a qarşı sanksiyalar hazırlayır və ABŞ-ın sanksiya siyahısına daxil edilməsindən sonra Rusiya şirkəti ilə əlaqələrini kəsməyin yollarını axtarır.
AFN.az xəbər verir ki, bunu adının çəkilməsini istəməyən avropalı məmur "Politico"ya bildirib.
Məmurun sözlərinə görə, Brüssel Rusiyanın neft nəhəngi ilə əməliyyatlara qadağa qoymağı düşünür. Mənbə "Politico"ya bildirib ki, "Lukoil" Avropada mövcudluğunu qoruyub saxlayır. "Sanksiyaları tam şəkildə tətbiq etməzdən əvvəl özümüzü bu şeylərdən uzaqlaşdırmağın yolunu tapmalıyıq", - deyə məmur bildirib.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi "Lukoil", "Rosneft" və bu şirkətlərin 34 törəmə şirkətini yeni sanksiyalar paketinə daxil edib.


